Paşa Bank gələn ildən etibarən fəaliyyətini yeni baş ofisdə davam etdirəcək.
FED.az xəbər verir ki, bu barədə bankın illik mətbuat konfransında İdarə Heyətinin sədri Cavid Quliyev bildirib.
Onun sözlərinə görə, hazırda baş ofisə tabe olan struktur bölmələri Bakı şəhərində yerləşən 4 məntəqədə fəaliyyət göstərir. İndi isə səhmdarlar Baş ofisə aid olan xidmətlərin vahid bir ofisdən idarə edilməsi barədə qərar veriblər.
Bu məqsədlə növbəti ildən «Ağ Şəhər»də bankın yeni baş ofisi fəaliyyətə başlayacaq. «Bu da müştərilərimizə göstərilən xidmətin səviyyəsini daha yüksəltmək deməkdir»,- deyə sədr bildirib.