Ölkənin ən böyük korporativ bankı - "PAŞA Bank" audit hesabatını açıqlayıb. FED.az hesabata əsasən xəbər verir ki, PAŞA Bank 2017-ci ili 89 milyon 92 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2016-cı illə müqayisədə 28,6% çoxdur.
2017-ci ildə bankın cəmi faiz gəlirləri 227 milyon 937 min manat təşkil edib, bu isə o deməkdir ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 75 milyon 350 min manat və ya 49,4% artıb. Bankın qeyri- faiz gəlirləri isə 29 milyon 402 min manat və ya 55,7% azalaraq 52 milyon 601 min manata düşüb. Səbəb valyuta əməliyyatları üzrə gəlirin azalmasıdır.
PAŞA Bank, ötən il 23 milyon 698 min manat mənfəət vergisi ödənilib. PAŞA Bankın cəmi aktivləri 20,3% artaraq 2017-ci ilin sonunda 3 milyard 958 milyon 415 min manat təşkil edib. Müştərilərə verilmiş kreditlərin həvmi isə 22%artaraq 1 milyard 350 milyon 668 min manata çatıb. Bankın cəmi öhdəlikləri 2017-ci ilin sonunda 3 milyard 459 milyon 266 min manata qalxıb.