Azərbaycanda bank hesabı üzrə arayışlarının alınması bankların müştərilərə ödənişli və ya ödənişsiz göstərdiyi xidmətlərdəndir.
Bankda əmanət saxlamaqla nə qədər qazanmaq olar? – BANKLAR, REAL FAİZLƏR – TAM SİYAHI - CƏDVƏL
FED.az xəbər verir ki, son günlər bu sahədə baş verən maraqlı yeniliklərdən biri – ənənəvi olaraq pulsuz və ya 5-10 manata başa gəldən arayış üçün ödənişin «Paşa Bank» tərəfindən 30 manat müəyyən edilməsi olub.
Azərbaycan banklarında hesabdan çıxarış üçün ödəniş şərtləri:
| Banklar | Çıxarış üzrə xidmət haqqı (AZN) | Əldə etmək üsülu | 
| ABB | Ödənişsiz | Sənədi yalnız filialdan əldə etmək olar | 
| Bank Respublika | Ödənişsiz | Sənədi online və filialdan əldə etmək mümkündür | 
| Kapital Bank | 10 manat | Filialdan əldə etmək mümkündür . Online 2 iş günü ərzində yalnız Bakı, Abşeron, Sumqayıt üzrə çatdırılma mümkündür | 
| Azər- Türk Bank | Ödənişsiz | Sənədi online və filialdan əldə etmək mümkündür | 
| AccessBank | Ödənişsiz | Sənədi yalnız filialdan əldə etmək olar | 
| Azərbaycan Sənaye Bankı | Ödənişsiz | Sənədi yalnız filialdan əldə etmək olar | 
| AFB Bank | 5 manat | Sənədi yalnız filialdan əldə etmək olar | 
| Bank of Baku | Ödənişsiz | Sənədi yalnız filialdan əldə etmək olar | 
| Bank BTB | 5 manat 
 | Sənədi yalnız filialdan əldə etmək olar | 
| Express | Ödənişsiz | Sənədi online və filialdan əldə etmək mümkündür | 
| Premium Bank | 10 manat | Sənədi online və filialdan əldə etmək mümkündür | 
| Rabitə Bank | 10 manat | Sənədi online və filialdan əldə etmək mümkündür | 
| Naxçıvanbank | 5 manat | Sənədi yalnız filialdan əldə etmək olar | 
| Xalq Bank | Ödənişsiz | Sənədi online və filialdan əldə etmək mümkündür | 
| Uni Bank | Ödənişsiz | Sənədi online və filialdan əldə etmək mümkündür | 
| Yelo Bank | Möhürsüz (mobil tətbiq vasitəsilə) pulsuz Möhürlü 10 manat. | Sənədi online və filialdan əldə etmək mümkündür | 
| Yapı Kredi | Ödənişsiz | Sənədi online və filialdan əldə etmək mümkündür | 
| VTB Bank | 5 manat | Sənədi yalnız filialdan əldə etmək olar | 
| Paşa Bank | 30 manat | 3 iş günü ərzində əldə etmək üçün 10 manat , dərhal almaq üçün isə 30 manat ödəniş. | 
| Turan Bank | Ödənişsiz | Sənədi online və filialdan əldə etmək mümkündür | 




 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








