“Paşa Bank” 2018-ci il üçün maliyyə nəticələrini açıqlayıb.
FED.az bankın “Mənfəət və Zərər” haqqında hesabatına əsasən xəbər verir ki, bankın 2018-ci ildə faiz gəlirləri 173 mln 512 min manat, faiz xərci isə 34 mln 718 min manat olub. 2018-ci ildə bankın xalis faiz gəlirləri ötən ilə nəzərən 23,2% artaraq 138 mln 794 min manat olub.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri ötən ilə nəzərən 32,13% azalaraq 33 mln 205 min manat, qeyri-faiz xərcləri də 5,2% azalaraq 79 mln 379 min manat təşkil edib.
Yekunda bank 2018-ci ili 77 mln 57 min manat mənfəətlə başa vurub. Xatırladaq ki, bank 2017-ci ili də 58 mln 94 min manat mənfəətlə başa vurmuşdu. Başqa sözlə bankın xalis mənfəəti 2018-ci ildə ötən ilə nisbətən 30,61% artıb.
FED.az bankın “Balans” hesabatına isttinadən bildirir ki, bankın 2018-ci ildə cəmi aktivləri ötən illə müqayisə də 32,2% artaraq 4 mlrd 695 mln 717 min manata çatıb, cəmi kapital isə 3,8% azalaraq 418 mln 148 min manata enib.
Bankın 2018-ci ildə kredit portfeli ötən ilə nisbətən 40,06% artaraq 1 mlrd 320 mln 893 min manat təşkil edib.
Bankın Maliyyə hesabatına buradan baxa bilərsiniz.
"Paşa Bank" 2018-ci lin nəticələrini açıqladı - HESABAT
17:15
17 Yan 2019