“PAŞA Bank” ASC 200 mln. ABŞ dolları, 200 mln. manat həcmində faizli, təminatsız, səmədsiz, adlı istiqrazlar buraxacaq.
FED.az bunu Bankın emissiya prospekti və ya informasiya memorandumunda qeyd edilir.
Bankın açıqlamasında qeyd edilir ki, bir il müddətinə qədər investora 11% illik faiz gəliri, iki il müddətinə qədər isə 12%-ə qədər faiz gəliri təklif edir.
ABŞ dollarında isə 1 il üçün illik 5%, 2 il müddətinə isə 5.5% gəlirlilik təklif edir.
Təklifin səbəbi bu istiqrazların buraxılışı mütəşəkkil kapital bazarından sərbəst vəsaitlərin cəlb edilməsi ilə bankın aktivlərinin və pul vəsaitlərinin resurs bazasının diversifikasiyasının artırılması, eləcə də Azərbaycan Respublikasının qiymətli kağızlar bazarının inkişafına töhfə vermək məqsədi ilə həyata keçiriləcəkdir.
Emissiyadan əldə olunan vəsait onun strateji hədəflərinin reallaşdırılması, bazar nüfuzunun və bazar payının artırılması, eləcə də xarici mühitdə yaranacaq hər cür dəyişikliyə cəld və effektiv uyğunlaşmanın təmini üçün lazımi resursların və mexanizimlərin təkmilləşdirilməsinə investisiya olacaq. Emitentin fəaliyyəti nəticəsində əldə edilmiş gəlirlər Emitentin kapitallaşdırılmasına yönəldiləcək və pul vəsaitlərinin fərqləndirilməsinə imkan yaradacaqdır. resurs bazasının