«PAŞA Bank» 2019-cu ilin 1-ci yarısı üzrə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, bank 2-ci rübü 51,7 milyon manat xalis mənfəətlə başa vurub. Bu ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə artıqdır.
FED.az bankın mənfəət-zərər hesabatına istinaən xəbər verir ki, ilin birinci yarısının yekununda bankın faiz gəlirləri 100,3 milyon manat, faiz xərcləri 18,8 milyon manat olub.
Qeyri-faiz gəlirləri isə 21,3 milyon manat, qeyri-faiz xərcləri 43,7 milyon manat olub.
Nəticədə bankın vergiqabağı mənfəəti 51,4 milyon manat olub. Artıq ödənilmiş mənfəət vergisini də nəzərə alanda bankın xalis mənfəəti 51,7 milyon manat olub.
İlk yarım ilin nəticəsi olaraq «PAŞA Bank»ın aktivləri 4 milyard 430 milyn manatdır. Ötən illi müqayisədə aktivlər 13,5% artıb.
Müştərilərə verilən kreditlər isə 1,4 milyard manat olub, bu göstəricidə artım 35% təşkil edib.
«PAŞA Bank»ın öhdəlikləri isə 11,4% artaraq 3 milyard 626,8 milyon manata çatıb.
2-ci rübdə «kiçilib»
Bununla yanaşı, qeyd edək ki, «PAŞA Bank»ın illik göstəriciləri sürətli artsa da, 2-cü rüb ərzində geriləmə baş verib. Hesabatdan aydın olur ki, 2-ci rüb ərzində bankın aktivləri 1-ci rübün yekunu ilə müqayisədə 218 milyon manat azalıb, nəticədə bank 4,7% kiçilib.
2-ci rüb ərzində bankın öhdəlikləri də 190 milyon manat azalıb. O cümlədən müştərilər qarşısında öhdəlikləri – depozitlər 235 milyn manat azalıb.
Bankın 2-ci rübdəki mənfəəti də irinci rüblə müqayisədə azalıb. Birinci rübü 35,6 milyon xalis mənfəətlə başa vuran bank, 2-ci rübdə 16 milyon qazanıb.
«PAŞA Bank» 2-ci rübdə geriləyib - HESABAT
08:44
16 İyul 2019