“Para” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının pay bölgüsü dəyişib.
FED.az xəbər verir ki, dəyişiklik ötən il baş verib.
Eləcə də bax: “Bakı Sığorta”nın səhmdarlarından biri - PAYINI SATIB
Dəyişikliyə əsasən, Quliyev soyadlı şəxslərin, eləcə də Tamilla Hacıyeva və Rasim Poladovun payı azalıb, əvəzində Səfərov soyadlı şəxslərin və minoritar səhmdarların sayı artıb.
Xatırladaq ki, “Para” BOKT 2016-cı ildə, lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 38,887 milyon manatdır.
Report.az