Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən “Kapital Bank” ASC-nin “Masallı” şöbəsinin açılmasına icazə verilmiş və “Xalq Bank” ASC-nin 1 saylı “Bilgəh” mübadilə şöbəsinin icazəsi ləğv edilmişdir.
Palatadan FED.az-a verilən məlumata görə, Direktorlar Şurasının iclasında “Kapital Bankın”-ın Masallı rayonu, M. Talışxanov prospektində yerləşən “ASAN Xidmət” Mərkəzində “Masallı” şöbəsinin açılması üçün müraciətinə baxılmış və müsbət qərar qəbul edilmişdir.
“Kapital Bank” ASC-nin “Masallı” şöbəsi “ASAN Xidmət” mərkəzində göstərilən xidmətlər üzrə rüsum ödənişlərinin qəbul edilməsi, bölgə sakinlərinə depozitlərin qəbulu, valyuta mübadilə əməliyyatları, hüquqi və fiziki şəxslərə hesabların açılması, klirinq, hesablaşma-kassa və digər bank xidmətləri göstərəcəkdir.
İclasda həmçinin, “Xalq Bank” ASC-nin 14 aprel 2017-cı il tarixli müraciəti əsasında 1 saylı “Bilgəh” mübadilə şöbəsinin icazəsi ləğv edilmişdir. Bank müraciətində əsas səbəb kimi şöbənin fəaliyyətinin təmin edilməsinə çəkilən xərclər müqabilində əldə edilən maliyyə faydasının qeyri-səmərəli olması göstərilmişdir.
Palatadan "Kapital Bank" və "Xalq Bank"ın şöbələrinə dair qərar
15:54
9 İyun 2017