Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq tədbir keçirilib.
FED.az xəbər verir ki, tədbir maliyyə savadlılığının yüksəldilməsi prioritet hədəfinin icrası çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən KPMG şirkəti və Azərbaycan Banklar Assosiasiyası ilə birgə tədbir keçirilib.
Maliyyə sektorunda çalışan mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən və “Rəqəmsallaşma və innovativ həllər” mövzusuna həsr olunan tədbirdə KPMG şirkətinin yerli və xarici ekspertləri tərəfindən maliyyə sistemində rəqəmsallaşma, rəqəmsallaşma dövründə informasiya və texnologiyaların idarəedilməsində COBİT 2019 standartları, rəqəmsal transformasiyanın xüsusiyyətləri, maliyyə sistemində informasiya texnologiyalarının tənzimlənməsi mövzusunda təqdimatlar keçirilib, iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb.