Azərbaycan Banklar Assosiasiyası (ABA) noyabrın 15-16-da Bakıda "Nağdsız iqtisadiyyat: ənənəvi banklardan rəqəmsal bankçılığa keçid" mövzusunda III Bankçılıq Forumunu keçirməyi planlaşdırır.
ABA-dan FED.az-a bildiriblər ki, ikigünlük forumun məqsədi rəqəmsallaşdırma, maliyyə texnologiyaları, yeni bank məhsulları, müasir uyğunluq və risklər, məhkəmə uyğunluğu və tendensiyaların hazırkı çərçivəyə uyğunlaşdırılması, həmçinin təhlükəsizlik sahəsindəki yeni və gələcək tendensiyalar üçün platforma olmaq, eyni zamanda, müvafiq maraqlı tərəflərin hərtərəfli məlumatlandırılmasına yardım etmək məqsədilə ən yaxşı təcrübələrin mübadiləsi, maliyyə qurumları və digər şirkətlər tərəfindən uzun və ortamüddətli baxışın formalaşdırılmasına kömək etməkdir.
Forumda dövlət və nəzarət qurumlarının, maliyyə və təsərrüfat subyektlərinin, kommersiya bankları rəhbərliyinin, kommersiya və ictimai təşkilatların rəhbərlərinin, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, eləcə də digər ölkələrin müşavirliklərinin yüksək və orta səviyyəli rəhbərləri iştirak edəcək.
Forum barədə ətraflı məlumatı bu keçiddən əldə etmək olar: http://gbmevents.az/III-banking-forum/.