Azərbaycanda problemli kreditlərə görə vətəndaşlara krelit veriləndə bankların onlara etdiyi güzəştlər də nəzərə aınacaq. FED.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasında fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiya ödənişi və restrukturizasiyası ilə bağlı keçirilən portalın təqdimatı zamanı qurumun Nəzarətin metodologiyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılov bildirib.
Eləcə də bax: Problemli krediti olanlar - KOMPENSASİYA MƏBLƏĞİNİ BURADAN ÖYRƏNİN
Qeyd edək ki, 2015-ci ildə baş verən devalvasiyalardan sonra banklar həm kreditləri toplamaq, həm də müştərirlərə dəstək olmaq üçün müəyyən güzəştlər etmişdilər. Prooblemli kreditlərin tənzimlənməsi ilə bağlı prezidentin fərmanında belə müştərilərə kompensasiya verilməsi nəzərdə tutulsa da, bankların etdiyi güzəştlər bu zaman nəzərə alınacaq.
O.İsmayılov bildirib ki, Azərbaycanda banklar vətəndaşların ödəniş qabiliyyətini bərpa olunması üçün vaxtilə onlara müəyyən güzəştlər təklif edib: «Prezidentin bu məsələ ilə bağlı fərmanda isə yaranmış məzənnə fərqindən çəkilən zərərə görə kompensasiyanın ödənilməsi nəzərdə tutulub “Əgər kredit təşkilatı xüsusi məzənnə endirimləri milə üqavilə təklif edibsə o zaman həmin güzəşt hesablanmış kompensasiya məbləğindən çıxılacaq, ona uyğun olaraq hesablanacaq”.
Palatanın mətbuat katibi Elşən Allahverdiyev bildirib ki, kompensasiyaların ödənilməsi üçün vətəndaşlar növbəlilik prinsipi ilə banklara dəvət olunacaqlar: .
“Ən geci aprel ayının sonundan kompensasiyaların ödənilməsinə başlanılacaq”.