
Palata istehlak kreditləri üzrə orta faiz dərəcəsini - AÇIQLADI

10:42
2 Avq 2019
Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri məlum olub. FED.az Maliyyə Bazarlarına Nəzarət Platasına istinadən xəbər verir ki, bu il iyulun 1-nə olan məlumata görə, Azərbaycanda istehlak kreditlərinin faizləri manatda 20-24%, ABŞ dollarında 6-19%, digər xarici valyutalarda isə 10 -15% arasında dəyişir. Avtomobil kreditlərinin manatda orta faiz dərəcəsi 20% , dollarda isə 19% təşkil edir.

