Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən bu ilin doqquz ayı ərzində müştərilərə 11 milyard kredit verilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından FED.az-a daxil olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 31 bank üzrə 30 sentyabr 2017-ci il tarixinə olan nəticələri açıqlanıb. Belə ki, cari ilin müvafiq dövrünün nəticələrinə görə, cəmi aktivlər 26 milyard 163 milyon manat, cəmi öhdəliklər isə 23 milyard 145 milyon manat təşkil edib. Sektorun balans kapitalı 3 milyard 18 milyon manat, əhalinin əmanətləri isə 6 milyard 999 milyon manat olub.
Hesabat dövründə, müştərilərə verilmiş kreditlərin həcmi 11 milyard 967 milyon manat, depozitlərin həcmi isə 15 milyard 362 milyon manat təşkil edib.
Bankların filiallarının sayı 557, şöbələrinin sayı 142, ATM şəbəkələrinin sayı isə 2486 vahiddən ibarət olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 min 340 nəfər təşkil edib.
Hesabat-sentyabr 2017
Palata bankların 9 aylıq nəticələrini açıqladı
16:29
14 Noy 2017