Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 may 2017-ci il tarixinə cəmi aktivləri 30,101.1 milyon, cəmi öhdəlikləri 27,342.2 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından FED.az-a verilən məlumata görə, sektorun balans kapitalı 2,758.8 milyon manatdır. Əhalinin əmanətləri 6,820.1 milyon manat həcmindədir.
Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, POS-terminalların sayı 2,476-dır. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,034 nəfər təşkil edir.
2017-ci ilin 31 may tarixinə olan bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.
Palata bank sektorunun icmal göstəricilərini açıqlayıb
16:31
12 İyul 2017