Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2018-ci ilin oktyabr ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlayıb.
FED.az MBNP-ə istinadən xəbər verir ki, 31 oktyabr 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,690.2 mln. manat, kredit portfeli 11,889.2 mln. manat, cəmi öhdəlikləri isə 25,518.2 mln. manat təşkil edib.
Eləcə də bax: Depozit hərracında tələb aşağı düşdü - MƏBLƏĞ
Sektorun balans kapitalı 4,172 mln. manat olub. 2018-ci ilin oktyabr ayı ərzində bank sektorunun aktivləri 1.7% (488.4 mln. manat), öhdəlikləri 1.7% (429.2 mln. manat), balans kapitalı isə 1.4% (59.2 mln. manat) artıb. Oktyabr ayında bankların kredit portfelinin dinamikasında əhəmiyyətli dəyişiklik baş verməyib. Cari ilin əvvəli ilə müqayisədə isə bank sektorunun kredit portfeli üzrə 5% (551.6 mln. manat) artım olub.
Hesabat tarixinə fiziki şəxslərin əmanətləri 8,057.9 mln. manat təşkil edib. Ümumilikdə, 2018-ci ilin 10 ayında fiziki şəxslərin əmanətləri 6.8% artıb.
Bank sektoru cari ilin 10 ayı ərzində 581.8 mln. manat əməliyyat mənfəəti, 238 mln. manat xalis mənfəət generasiya edib.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 508, şöbələrinin sayı 140, ATM-lərin sayı 2 492 olub. Bank sektorunun işçi heyəti oktyabr ayında 0.8% (145 nəfər) artaraq 17 211 nəfər təşkil edib. Ümumilikdə isə cari ilin 10 ayında bank sektorunda çalışanların sayı 6.4% (1 040 nəfər) artıb.
İcmal göstəricilərinə daha ətraflı buradan baxa bilərsiniz.
Palata bank sektorundakı son vəziyyəti açıqladı - RƏQƏMLƏR
12:40
17 Dek 2018