Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apelyasiya Komissiyasının işindən narazı qalanlar məhkəməyə müraciət edə bilərlər.
FED.az xəbər verir ki, bu sözləri AzTV-nin "Günün nəbzi" verilişinin efirində Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi Orxan İsmayılovbildirib.
"Amma onu da qeyd edim ki, Apelyasiya Komissiyası vətəndaşın kompensasiya ilə bağlı müraciətinə o halda "yox" cavabı verir ki, o, prezidentin məlum fərmanı ilə müəyyən edilmiş meyarlara uyğun olmasın", - deyə palata rəsmisi qeyd edib.
Eləcə də bax: Orxan İsmayılov: "Problemli kreditlərlə bağlı 43 mindən çox məhkəmə işinə xitam verilib"