"Bu ilin sonuna kimi "Azərbaycan Beynəlxalq Bankı" ASC-də sağlamlaşdırma prosesi başa çatacaq". Bunu "Fitch" beynəlxalq reytinq agentliyinin bu gün Bakıda keçirilən VI illik konfransında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Strateji xidmətlər departamentinin Prudensal siyasət və metodologiya şöbəsinin müdiri Rüstəm Tahirov deyib.
Onun sözlərinə görə, sağlamlaşdırma prosesi başa çatandan sonra ABB-nin özəlləşdirilmə prosesinə başlanacaq: "Amma hələlik özəlləşdirilməyə nə vaxt başlanacağı barədə tarix söyləmək tezdir. Hazırda bankda əməliyyat və idarəetmənin təkmilləşdirilməsi, o cümlədən maliyyə vəziyyətinin sabitləşməsi ilə bağlı işlər aparılır", - deyə qurum rəsmisi vurğulayıb.