Pakistan Milli Bankının Bakı filialı ləğv olunması barədə KİV-lərdə yayılmış informasiyanı şərh edib.
Eləcə də bax: "Pakistan Milli Bankı"nın Bakı filialının zərəri - KƏSKİN ARTIB
FED.az xəbər verir ki, filialdan bildiriblər ki, son vaxtlar KİV-lərdə yayılmış Pakistan Milli Bankının Bakı filialı ləğv olunması barədə məlumatlar həqiqəti əks etdirmir.
"Hörmətli müştərilərimizə, daxili və xarici səhmdarlarımıza bildiririk ki, Pakistan Milli Bankının Bakı filialının ləğv olunması xəbərləri doğru deyil. Biz bir daha təsdiq edirik ki, Bakı filialı xidmət və məhsullar təqdim etməklə işini tam həcmdə davam etdirir", - deyə qurumdan bildiriblər. (Trend)