Pakistan Milli Bankının Bakı filialının baş meneceri, Pakistan vətəndaşı Zər Vəli Xan vəzifəsindən azad edilib.
Eləcə də bax: Azərbaycan Sənaye Korporasiyasında - Yeni Təyinat
FED.az xəbər verir ki filiala rəhbərlik onun maliyyə işləri üzrə müavini Sahib Quliyevə həvalə olunub.
O, Pakistan bankının ilk azərbaycanlı baş meneceridir.
Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 9,42 milyon manatdır. (Report)