«Pakistan Milli Bank» ASC 2018-ci ilin ilk 9 ayı üçün maliyyə nəticələrini açıqlayıb.
FED.az “Pakistan Milli Bank”ın “Mənfəət və Zərər” haqqında hesabatına əsasən xəbər verir ki, bankın 2018-ci ilin 3-cü rübündə faiz gəlirləri 502 min 670 manat təşkil edib . Bu məbləğin 468 min 640 manatı və ya 93,23%-i ödəniş müddətinədək saxlanılan qiymətli kağızlar üzrə gəlirlərin payıına düşür.
ELƏCƏ DƏ BAX: Azərbaycanda pulu havadan gələn bank – HESABAT
Bankın faiz xərcləri hesabat dövrü ərzində 2,07 min manat olub. Beləliklə bankın xalis faiz mənfəəti 500 min 600 manat olub ki, bu da ötən illə müqayisədə 39,45% azdır.
Hesabat dövrü ərzində bankın qeyri-faiz gəlirləri olmayıb və 0,38 min manat zərər əldə edib. Qeyri-fazi xərcləri isə 547,62 min manat təşkil edib. Yekunda, bankın xalis əməliyyat zərəri 47,39 min manat olub. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar 6,71 min manat azaldılıb.
Sonda, bankın 2018-ci ilin ilk 9 ayında xalis zərəri 40,7 min manat olub. Xatırlladq ki, bankın 2018-ci ilin 2-ci rübündə xalis mənfəəti 30,77 min manat təşkil edib. 2017-ci ili isə bank 105 min manat xalis zərərlə başa vurmuşdu.
FED.az “Pakistan Milli Bank”ın “Balans” hesabatına istinadən xəbər verir ki, bankın hesabat dövrü ərzində cəmi aktivləri ilin əvvəlinə nisbətən 8,58% azalaraq 10 mln 677 min manat, cəmi kapital isə 8,80% artaraq 11 mln 112 min manata yüksəlib.
Bankın hesabat dövründə kredit portfeli ilin əvvəliə nisbətən 29,98% azalaraq 1 mln 580 min manata enib.
ELƏCƏ DƏ BAX: «BANK VTB»nin vəziyyəti məlum oldu – HESABAT
ELƏCƏ DƏ BAX: Bankların 3-cü rüb yekunu - MƏNFƏƏT-ZƏRƏR - SİYAHI, YENİLƏNİR