Azərbaycanda maaşlarının «ağardılması», yəni rəsmiləşdirilməsi ilə bağlı son vaxtlar başlanan kampaniyaya banklar da aktiv şəkildə qoşulublar. FED.az xəbər verir ki, «Unibank» şirkətlər üçün əmək haqqı layihəsinə başlayıb. «Zərfdə maaşa son!» devizi ilə aparılan kampaniyanın şərtlərinə görə, «Unibank»ın əmək haqqı layihəsinə qoşulan şirkətlərə əmək haqqı kartları pulsuz veriləcək. Üstəlik, həmin şirkətlərdən bir il ərzində əmək haqqı layihəsinə görə komissiya tutulmayacaq.Kampaniya 1 fevral 2019-cu il tarixinədək davam edəcək.
Kampaniyaya qoşulan korporativ müştərilər hər bir əməkdaşa 3 illik əmək haqqı kartları hədiyyə (rəhbər şəxslərə premium kartlar), işçilərin əmək haqqı kartında hesab qalıq məbləğinə 3% gəlir, Kartlarla alış-veriş zamanı 30%-dək cash back əldə edəcəklər.
Ən maraqlısı, odur ki, Unibank maaşını onun kartları ilə verən şirkətin işçiləri üçün illik 7 %-lə ipoteka krediti vəd edir.
Bankdan FED.az-a bildiriblər ki, maaş kartları üçün təklif olunan bu üstünlüklərdən dövlət təşkilatları da istifadə edə bilərlər, yetər ki, maaşlarını Unibank kartları ilə ödəsinlər.
Область прикрепленных файлов