ABB-nin son illər uğurla həyata keçirdiyi inkişaf strategiyası ölkəmizdən kənarda da diqqəti çəkməyə başlayıb.
FED.az xəbər verir ki, artıq Özbəkistan bankları bu təcrübəni öyrənərək tətbiqinə maraq göstərirlər. Özbəkistanın ən böyük dövlət bankı sayılan Özbəkistan Milli Bankının (NBU) geniş tərkibli nümayəndə heyəti bu məqsədlə ABB-nin baş ofisində qonaq olub.
Onlar üçün Bankın transformasiya layihələri, o cümlədən rəqəmsallaşma, Agile fəaliyyət, data əsaslı qərarvermə prosesləri, xidmət modelinin, filialların simasının yenilənməsi və s. mövzularda təqdimat sessiyaları təşkil edilib.
Qonaqlar ABB-nin Agile ofisi və Mərkəzi filialının tarixi binası ilə də tanış olublar.