Özbəkistanda ölkənin bank sistemində islahatlar strategiysı təsdiqlənib.
FED.az xəbər verir ki, prezident Şavkat Mirzieevin imzaladığı sənədə uyğun olaraq qarşıdakı 5 ildə ölkənin bank sektorunda ciddi dəyişikliklər olmalıdır.
Eləcə də bax: Azərbaycan və Özbəkistan 355 milyon dollarlıq - LAYİHƏLƏR HAZIRLAYIR
Yeni strategiyanın reallaşması ilə qarşıda qoyulan hədəflər bunlardır:
- ökənin bank sistemində dövlətin payı olmayan bankların aktivlərini payının indiki 15%-dən 2025-ci ildə 60%-ə qaldırılması.
- bankların özəl sektor qarşısındakı öhdəliklərinin payının indiki 28%-dən 70%-ə qaldırılması.
- 2025-ci ilədək ölkədə dövlət payı olan azı 3 banka azı 3 strateji investorun – müvafiq bilik, təcrübə və reputasiyası olan - cəlb edilməsi.
- ölkədə kredit portfelində qeyri-bank təşkilatlarının payının indiki 0,35%-dən 2025-ci ildə 4%-ə qaldırılması.
Bundan başqa, prezident dövlətin 6 bankdakı payının mərhələləi şəkildə özəlləşdirilməsi barədə qərar verib. Bunlar - "İpoteka-bank", "Uzpromstroybank", "Asaka", "Alokabank", "Kişlok kuriliş bank" və "Turonbank"dır.
banklardakı dövlət payının özəlləşdirilməsi beynəlxalq maliyyə institutlarının dəstəyi ilə həyata keçiriləcək. İlk mərhələdə bankların institutsional yenilənməsi, ikinci mərhələdə isə dövlətə məxsus səhm paketinin satılması nəzərdə tutulur.