Dövlət bankı Azər Türk Bank ölkə Prezidentinin həssas əhali qruplarının özünüməşğulluq proqramına Azərbaycan banklarının da dəstəyi barədə çağırışı ilə əlaqədar olaraq AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, AR Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair imzalanmış müvafiq memoranduma qoşulmuşdur.
Eləcə də bax: Azər Türk Bank plastik kartlar üzrə - YENİ KAMPANİYAYA BAŞLADI
FED.az xəbər verir ki, bank tərəfindən müxtəlif kateqoriya, iş sahəsi və coğrafi rayona aid, öz biznesinə başlamaq istəyən aztəminatlı qismində ilkin beş nəfər seçilərək, həmin şəxslərin biznes planlarına uyğun olaraq, onlar üçün lazımi aktivlərin siyahısı tərtib edilmişdir.
Beləliklə, 25 iyun tarixindən başlayaraq, Bakı şəhəri və regionlar üzrə, öz biznesinə başlamaq istəyən dörd nəfər fiziki şəxsə Azər Türk Bank tərəfindən lazımi aktivlərin təqdimatı həyata keçirilməkdədir.
Qeyd edək ki, aktivlər sahibkarlara əvəzsiz olaraq verilir.
Azər Türk Bank sosial məsuliyyət strategiyasına uyğun olaraq əhalinin özünəməşğulluq işlərinin təşkili istiqamətində fəaliyyətini davam etdirməkdədir.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Ətraflı məlumatı 012945 çağrı mərkəzi və ya +994557770945 WhatsApp nömrəsindən əldə edə bilərsiniz.