Ötən ilin sonunda öhdəlikləri ən çox artan bankların adları məlum olub.
FED.az bankların rüblük hesabatları əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, öhdəlikləri kəskin artan bank "Naxçıvanbank" olub.
Belə ki, "Naxçıvanbank"ın öhdəlikləri 2022-ci ilin IV rübü ilə müqayisədə 6,3 dəfə və ya 161 milyon 181 min manat artaraq 191 milyon 146 min manata yüksəlib.
Öhdəlikləri artan banklar sırasında növbəti olaraq"Yelo Bank" gəir. Bu bankın öhdəlikləri 96,9% və ya 722 milyon 118 min manat artaraq 1 milyard 467 milyon 384 min manat təşkil edib.
"Xalq Bank" isə 96,5%-lik və ya 1 milyard 266 milyon 51 min manat artımla üçüncü yerdə olub.
"EkspressBank"ın öhdəlikləri 39,8%, başqa sözlə 122 milyon 499 min manat, "Bank Melli İran"ın Azərbaycan filialının öhdəlikləri isə 35,9%, yəni 21 milyon 272 min manat artıb.
Hesabat dövründə "Bank Avrasiya"nın öhdəlikləri 30,8% (46 milyon 362 min manat) azalaraq 104 milyon 99 min manata düşüb.
Bankların öhdəlikləri üzrə göstəriciləri və dinamikası haqqında daha ətarflı FED.az RENKİNQ-də tanış ola bilərsiniz.