2023-cü ilin IV rübündə Azərbaycanda “Bank Melli İran”ın depozit portfeli 8,9 dəfə və ya 35 milyon 123 min manat böyüyüb.
FED.az bankların rüblük hesabatları əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, artım nəticəsində bankın depozit portfeli 44 milyon 27 min manat təşkil edib.
“Yelo Bank”ın depozitləri isə 2,2 dəfə (719 milyon 723 min manat) artaraq 1 milyard 292 milyon manatadək yüksəlib.
“Xalq Bank”a yerləşdirilmiş əmanətlər isə 74,3% (937 milyon 983) min manat artıb.
Bundan başqa “Bank Respublika”nın depozit portfeli 49,5% (477 milyon 898 min manat), “AFB Bank”ın depozit portfeli 44,8% (52 milyon 88 min manat) “Bank Of Baku”nun depozit portfeli isə 41,1%, başqa sözlə 150 milyon 236 min manat böyüyüb.