2017-ci ilin sonuna Azərbaycanda pul bazası azalıb. FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, ötən il dekabrın 29-na pul bazasının həcmi 143,6 milyon manat azalaraq 8 543,2 milyon manat təşkil edib.
Qeyd edək ki, noyabrın sonuna bu göstərici 8 686,8 milyon manat oub. Azalma əsasən, Mərkəzi Bankın izafi likvidliyin azalmasına yönələn siyasətinin nəticəsində baş verib.
Xatırladaq ki, ötən il ərzində pul bazasının ən aşağı həddi fevral ayında müşahidə edilib. Həmin tarixə pul bazasının həcmi 6 milyard 987 milyon manat təşkil edib. Ən yüsəkk həddi isə noyabr ayında olub.
FED.az 2017-ci ildə aylar üzrə pul bazasının həcmini təqdim edir:
29.12.2017 - 8543.2 milyon manat
30.11.2017 - 8686.8 milyon manat
31.10.2017 - 8531.6 milyon manat
30.09.2017 - 8671.2 milyon manat
31.08.2017 - 8468.4 milyon manat
31.07.2017 - 8332.9 milyon manat
30.06.2017 - 8274.5 milyon manat
31.05.2017 - 7788,7 milyon manat
28.04.2017 - 7628.1 milyon manat
31.03.2017 - 7277.5 milyon manat
28.02.2017 - 6987,0 milyon manat
31.01.2017 - 7331.7 milyon manat
Ötən ilin sonunda pul bazası azaldı - RƏQƏMLƏR
11:00
15 Yan 2018