2024-cü ilin dekabrın 1-nə Azərbaycan qiymətli kağızlar üzrə faiz gəlirləri 392,7 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici noyabrın 1-nə olan dövr ilə müqayisədə 33,5 milyon manat və ya 9,3% çoxdur, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 milyon manat və ya 0,8% azdır.
2023-cü ilin dekabrın 1-nə Azərbaycan banklarının qiymətli kağızlar üzrə faiz gəlirləri 359,2 milyon manat olub.
2024-cü ilin 1 noyabr vəziyyətinə bu göstərici 395,9 milyon manat təşkil edib.