Ötən il Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən Əmanətlərin Sığortalanması Fonduna verilən kreditlərin məbləği açıqlanıb.
Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatına görə, 2016-cı il ərzində 11 bankın, o cümlədən "Bank Standard" QSC-nin lisenziyalarının ləğv olunması qorunan əmanətlərin kompensasiyası ilə bağlı maliyyə mənbələrinin tapılması məsələsini aktuallaşdırıb.
"Əmanətçilərin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi ilə bağlı 2016-cı il ərzində AMB Əmanətlərin Sığortalanması Fonduna 552,3 mln. manat məbləğində uzunmüddətli kredit verib", - deyə hesabatda vurğulanıb.