2025-ci ildə 40 000-dən çox istifadəçinin cihazında virus olduğu üçün onların Birbank tətbiqini bloklamışıq
Kapital Bankın rəsmisi: Bu yeniliklə 10 000 nəfərdən çox vətəndaş dələduzu ifşa edərək öz vəsaitini qoruyub
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu haqda bu gün keçirilən mətbuat konfransında bankın Baş Risk İnzibatçısı Ağarza Baxşiyev məlumat verib.
O, ötən il bank tərəfindən tətbiq edilən daha bir yeniliyi bölüşərək bildirib ki, 2025-ci ildə 40 000-dən çox istifadəçinin cihazında Birbank tətbiqinin fəaliyyətinə mane olan virus aşkarlanıb. Virusla yoluxan cihazlarda bank tətbiqi bloklanıb. Bununla da minlərlə vətəndaşın potensial dələduzluq riski ilə üzləşməsinin qarşısı alınıb.














