“AccessBank” QSC-nin səhmdarlarının qərarı ilə daha bir şəxs İdarə Heyətinə üzv seçilib və bununla da idarə heyəti bir sədr və beş üzvdən ibarət olacaq.
Eləcə də bax: İlkin Quliyev “AccessBank”ın İdarə Heyətinə - TƏYİNAT ALIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, Orxan İsmayılov Bankın İdarə Heyətinə üzv seçilib.
O.İsmayılov “AccessBank”da fəaliyyətinə 2020-ci ilin yanvar ayında Risklərin İdarə Edilməsi departamentinin direktoru vəzifəsində başlayıb. Hazırda da İdarə Heyətində yer almaqla paralel qeyd edilən vəzifəsini də davam etdirir.
Cənab İsmayılov karyerasına Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayıb. Daha sonra fəaliyyətini Maliyyə Bazarlarına Nəzarət Palatasında davam etdirərək Prudensial siyasət və Metodologiya İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.
Orxan İsmayılov Bakı Dövlət Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavr və maqistr dərəcələri alıb. Habelə, Praqada Nyu-York Universitetində MBA dərəcəsinə yiyələnib.