Xəbər verdiyimiz kimi, 2017-ci ilin yekunlarına görə, Kapital Bank-ın mənfəəti 94 milyon 839 min manata çatıb. Mütəxəssislər bu artımın Bankın səhmlərinin bazar qiymətlərinə müsbət təsir edəcəyini proqnozlaşdırırlar.
İqtisadçı ekspert Cəfər İbrahimlinin verdiyi məlumata görə, bu nəticələrdən sonra Kapital Bank-ın səhmlərinin illik gəlirliliyi 27% təşkil edib. Bu, banka yerləşdirilən əmanət gəlirlərindən təxminən 2 dəfə yüksəkdir.
İqtisadçının fikrincə, mənfəətin divident kimi ödənilməsindən və ya bölünməmiş mənfəətə daxil edilməsindən asılı olmayaraq Bankın səhmlərinin bazar qiymətinin yüksələcəyi gözlənilir.
Qeyd edək ki, son vaxtlarda Kapital Bank-ın səhmləri ticarət edilməyib. Bankın 1 səhminin qiyməti 20-23 manat arasında dəyişir.
Azərbaycanda ən iri bank sayılan Beynəlxalq Bankın səhmləri isə cəmi 0,13 manatdır.
Ölkənin ən iri bankının səhmləri cəmi 20 manatdır
14:47
15 Yan 2018