Azərbaycanın ən böyük bankı – Azərbaycan Beynəlxalq Bankı (ABB) 2019-cu ilin ilk yarım illiyinin nəticələrini açıqlayıb. FED.az xəbər verir ki, ABB bu dövrü 300 milyon 340 min manat xalis mənfəətlə başa vurub.
Bu dövrdə bankın gəlirləri 284 milyon 503 min manat, xərcləri 120 milyon 460 min manat təşkil edib.
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalardan isə 136 milyon 297 min manat qaytarılıb.
Nəticədə bank yarım ili 300 milyon 340 min manat xalis mənfəətlə bitirib.
Bankın aktivləri artıb
“Azərbaycan Beynəlxalq Bankı” cəmi aktivləri bu ilin birinci yarısında 8 milyard 487 milyon 726 min manat təşkil edib. Bu ötən ilin eyni dövrü müqayisədə 11,5% çoxdur. Bankın depozit portfeli isə ötən ilin birinci yarısı ilə müqayisdə bu il 22% artaraq 4 mlrd 625 mln 104 min manata, cəmi kapitalı isə 23,7% artaraq 1 mlrd 469 mln 933 min manata çatıb.
Müştərilərə verdiyi kreditlər 2 milyard manatı keçib
Azərbaycan Beynəlxalq Bankı cari ilin birinci rübü üzrə maliyyə hesabatını açıqlayıb. FED.az xəbər verir ki, bank ötən ilin birinci yarısı ilə müqayisədə bu il 20.33% daha çox kredit verib.
Belə ki, bankın müştərilərə verdiyi kreditin məbləği 2 milyard 16 milyon 858 min manata çatıb.
Ötən ilin birinci yarısı ilə müqayisədə bankın öhdəlikləri 9.19% azalaraq 7 mln 017 min manat təşkil edib.
2018-ci ilin birinci yarısı ilə müqayisədə 2019-cu ilin 1-ci yarısında ABB-nin cəmi faiz gəlirləri 6% artaraq 219 milyon 740 min manata, qeyri-faiz gəlirləri 23,4% artaraq 64 milyon 763 min manata,cəmi faiz xərcləri isə 23,6% azalaraq 48 milyon 306 min manata, qeyri-faiz xərcləri 31,4% artaraq 72 milyon 154 min manata yüksəlib.