İran Milli Bankının Bakı filialı 2017-ci ili 6,923 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, filial 2016-cı ildən 29,272 milyon manat xalis zərərlə çıxmışdı.
Ötən il İran bankının faiz gəlirləri 2,967 milyon manat, faiz xərcləri 54 min manat, qeyri-faiz gəlirləri 416 min manat, qeyri-faiz xərcləri 1,899 milyon manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 5,75 milyon manat, mənfəət vergisi ödəmələri isə 257 min manat təşkil edib.
Bu il yanvarın 1-nə Bakı filialının cəmi 100,498 milyon manat olub ki, bu da illik müqayisədə 24,9% çoxdur. Bunun 3,355 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2017-ci ildə İran bankının kredit portfeli 53,2% kiçilib.
Hesabat dövründə Bakı filialının öhdəlikləri 46,7% azalaraq 31,231 milyon manat təşkil edib. Bunun 2,662 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Ötən il İran bankının depozit portfeli 12,8% böyüyüb.
İl ərzində Bakı filialının balans kapitalı 3,2 dəfə artaraq 69,284 milyon manat, nizamnamə kapitalı isə 43,1% artaraq 73,611 milyon manat olub.
©Renkinq