Bu ilin mart ayının sonunda ölkədə istifadə olunan POS-terminalların sayı 184 min 391 ədəd olub.
Bank əmanətləri üzrə faizlər artıb - YENİ RƏQƏMLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, POS-terminalların sayı son bir ildə 57 min 726 ədəd və ya 45,6% artıb. 2025-ci ilin mart ayının sonunda bu rəqəm 126 min 665-ə bərabər idi.
Bu POS-terminalların 114 min 420-si Bakıda, 69 min 971-i regionlarda istismar olunur. Son bir ildə Bakıdakı POS-terminalların sayı 37 min 778 ədəd (49,3%), regoinlardakı POS-terminalların sayı isə 19 min 948 ədəd (39,9%) artıb.














