Xalq Bank 2018-ci ilin ikinci rübünün yekunu ilə bağlı göstəricilərini açıqlayıb. FED.az xəbər verir ki, bank əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirib. Bankın aktivləri 2018-ci ilin altı ayı ərzində 9.04% artaraq 1,977.52 mlrd manat təşkil edib. Kredit portfelinin həcmi 2017-ci ilin sonu ilə müqayisədə 1.37% artaraq 1,330.02 mlrd manata çatıb. «Bu nəticə ölkənin özəl bankları arasında ən yüksək göstəricidir»-deyə bankdan bildirilib.
1 iyul 2018-ci il tarixinə bankın cəmi kapitalı 273,693 mln manat, nizamnamə kapitalı isə 225,078 mln manat təşkil edir. Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi cari ilin altı ayı ərzində 4.33% artaraq 1,221.62 mlrd manata çatıb. Bank I yarımilliyi 12 milyon 318,49 mln manat xalis mənfəətlə başa vurub.
Qeyd edək ki, cari ilin iyul ayında Moody’s Investors Service beynəlxalq agentliyi Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini B3 səviyyəsində təsdiqləmiş, reytinq üzrə proqnozu “Pozitiv”olaraq müəyyən edib.