Azərbaycan hökuməti Dünya Bankı ilə birlikdə ölkədə bank, sığorta və ödəniş sistemlərinin effektiv fəaliyyətini təmin edəcək platformanın yaradılması üzərində işləyir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.
Onun sözlərinə görə, hökumətin həyata keçirdiyi digər layihələrdə olduğu kimi, bu layihəyə də İsveçrə hökuməti dəstək verəcək.