2025-ci ilin aprel ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artmışdır.
FED.az xəbər verir ki, bu, Mərkəzi Bankın dərc etdiyi "Statistik Bülleten - Aprel 2025" sayında bildirilir.
Qeyd edilib ki, 2025-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 301 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 71 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 224 milyon manatı POS-terminallar, 4.5 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.1%-ni təşkil etmişdir.