Ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin bütün qorunan əmanətçiləri oktyabrın 17-dən kompensasiya ala biləcəklər. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
Məlumata görə, həmin tarixdən məbləğindən asılı olmayaraq bütün əmanətlərə görə kompensasiya ödəniləcək.
Xatırladaq ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu ilk öncə 20 min ABŞ dollarına qədər əmanətlərə görə kompensasiya ödəyib. Bu gündən isə limit 50 min dollara qaldırılıb.
Report©