Ötən ilin sonunda öhdəlikləri ən çox artan bankların adları məlum olub.
FED.az bankların rüblük hesabatları əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, öhdəlikləri kəskin artan bank "Azər Türk Bank" olub.
Belə ki, "Azər Türk Bank"ın öhdəlikləri 2023-cü ilin IV rübü ilə müqayisədə 58,6% və ya 533 milyon 684 min manat artıb
Öhdəlikləri artan banklar sırasında növbəti olaraq "ZiraatBank Azərbaycan" gəir. Bu bankın öhdəlikləri 30% və ya 155 milyon 761 min manat artıb.
"Bank VTB Azərbaycan" isə 26,9%-lik və ya 42 milyon 662 min manat artımla üçüncü yerdə olub.
"Kapital Bank"ın öhdəlikləri 20,9%, başqa sözlə 1 milyard 622,6 milyon manat, "Bank Avrasiya"nın Azərbaycan filialının öhdəlikləri isə 15,8%, yəni 16 milyon 403 min manat artıb.
Hesabat dövründə 22 bankdan 11-nin öhdəlikləri ötən ilin sonu ilə müqayisədə artıb, digər 11-nin öhdəlikləri azalıb.
Bankların öhdəlikləri üzrə göstəriciləri və dinamikası haqqında daha ətarflı FED.az RENKİNQ-də tanış ola bilərsiniz.