Azərbaycanda öhdəlikləri ən çox artan bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların öhdəliklərinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "Bank VTB Azərbaycan"da 53,4% olmaqla qeydə olunub. Məbləğ ifadəsi ilə bankın öhdəlikləri 27,7 milyon manat həcmində artıb.
"Bank VTB Azərbaycan"dan sonra artıma görə ikinci yerdə 9,5% və ya 996,4 milyon manat göstərici ilə "Kapital Bank" gəlir.
Öhdəliklərini 8,1% və ya 63,4 milyon manat artıran "Bank of Baku" üçüncüdür.
"Azərbaycan Sənaye Bankı"nın öhdəlikləri ötən ilin sonu ilə müqayisədə 7,9% və ya 49,3 milyon manat dəyərində artıb.
"Bank Of Baku"nun öhdəliklərində 5,4% və ya 628,6 milyon manat artım baş verib.
Siyahıda 6-cı yerdə 5,2% (23,8 milyon manat) artımla "Premium Bank" yer alıb.
İlk onluqda digər 4 bank "Rabitəbank" (39 milyon manat və ya 3,8%), "Turanbank" (24,4 milyon manat və ya 3,3%), "Bank Respublika" (60,5 milyon manat və ya 3,1%) və "Unibank" (40,6 milyon manat və ya 2,5%) olub.
Hesabat rübündə 12 bankın öhdəlikləri artıb, 10 bankın öhdəlikləri azalıb.