Azərbaycanda öhdəlikləri ən çox artan bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların öhdəliklərinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "Azər Türk Bank"da 53,4% olmaqla qeydə olunub. Məbləğ ifadəsi ilə bankın öhdəlikləri 486,5 milyon manat həcmində artıb.
"Azər Türk Bank"dan sonra artıma görə ikinci yerdə 24,5% və ya 127,1milyon manat göstərici ilə "Ziraat Bank Azərbaycan" gəlir.
Öhdəliklərini 21,8% və ya 34,6 milyon manat artıran "Bank VTB Azərbaycan" üçüncüdür.
"Kapital Bank"ın öhdəlikləri ötən ilin sonu ilə müqayisədə 16,4% və ya 1 milyard 268 milyon manat dəyərində artıb.
"Bank Of Baku"nun öhdəliklərində 10,8% və ya 79,2 milyon manat artım baş verib.
Siyahıda 6-cı yerdə 10,1% (10,5 milyon manat) artımla "Bank Avrasiya" yer alıb.
İlk onluqda digər 4 bank "Turanbank" (47,6 milyon manat və ya 6,4%), "AccessBank" (58,6 milyon manat və ya 4,7%), "Bank Respublika" (78,4 milyon manat və ya 4%) və "Yapı Kredi Bank Azərbaycan" (7,4 milyon manat və ya 1,8%) olub.