Azərbaycan Beynəlxalq Bankı 28 May Respublika Gününə özəl olaraq yeni kampaniyaya start verib.
FED.az xəbər verir ki, mayın 28-dən 30-a qədər davam edəcək kampaniya dövründə Bankla tərəfdaş seçilmiş mağaza və alış-veriş mərkəzlərində ödənişlərini TamKart, yaxud Bankın hər hansı kartı ilə aparan müştərilərə yerində 25%-ə qədər eksklüziv endirim və özəl şərtlər təklif olunacaq. TamKartlılar isə məhsul və xidmətləri 24 aya qədər hissə-hissə ödənişlə əldə edə biləcəklər. Kampaniya və iştirakçı partnyorların siyahısı ilə buradan tanış ola bilərsiniz.
TamKart eyni zamanda həm debet, həm də kredit funksiyasını özündə birləşdirən dual kartdır. Müştərilər üçün onun əsas üstünlüyü ödənişlər zamanı onlara ən azı 2% kəşbək qazandırmasıdır. Ödənişlərini bu kartlarla aparan hər bir müştəri xərclədiyi vəsaitin müəyyən hissəsini ayın sonunda kart hesabına geri alır.
Beynəlxalq Bankın “QayğıCash” proqramı çərçivəsində Bankla tərəfdaş məkanlarda alış-veriş zamanı müəyyən faizlərdə kəşbək də müştərinin kart hesabına geri qayıdır.
TamKart getdikcə genişlənən böyük partnyor şəbəkəsinə malikdir. Bu şəbəkə müxtəlif ticarət və xidmət məkanlarını özündə birləşdirir.
Bu kartlarla nağdlaşdırma və SMS xəbərdarlıq xidmətindən istifadə üçün xidmət haqqı tələb olunmur. TamKart Platinum və Premium kartları ilə Chatbot Concierge, Fastline, Lounge Key, sığorta və digər bu kimi xidmətlərdən də faydalanmaq mümkündür. Azərbaycan Beynəlxalq Bankının kart məhsulları haqqında daha ətraflı məlumatları buradan əldə edə və kartı onlayn sifariş verə bilərsiniz.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.