Kapital Bank Novruz Bayramı münasibətilə yeni güzəştli kredit aksiyasına başlayır. FED.az xəbər verir ki, Kapital Bank-dan kredit götürən hər kəsə illik faiz dərəcəsində 4% endirim olacaq. 8 000 AZN-dək olan kreditlər isə zaminsiz verilə bilər. Aksiya 31 mart 2018-ci il tarixədək keçirilir.
Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və təqaüdünü Kapital Bank-dan alanlara şamil edilir.
Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az .
Novruzun hesabına 4% endirim olacaq - AKSİYA
14:18
1 Mart 2018