30 Dekabr 2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracın keçiriləcək.
FED.az xəbər verir ki, hərrac vasitəsilə 100 milyon manat cəlb edilməsi nəzərdə tutulur.
Müddət 14 gün, faiz dərəcəsi 5,76% - 7,49% aralığındadır.
Xatırladaq ki, 24.12.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 783,1 milyon manat təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb etmişdi.