12 Noyabr 2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.
FED.az xəbər verir ki, hibrid hərrac vasitəsilə 150 milyon manat cəlb edilməsi nəzərdə tutulur.
Müddət 13 gün, faiz dərəcəsi: 6,01% - 7,74%-dir.
TƏLƏB 500 MİLYON MANATDAN YÜKSƏKDİR
04.11.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 558.7 milyon manat təşkil etmişdi. Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb etmişdi.
28.10.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 678.3 milyon manat təşkil etmişdi.