15 avqust 2024-cü il tarixində saat 11:00-da “Norm” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanında baş tutacaq
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir:
1. Cəmiyyətin təsisçisi olacağı yeni hüquqi şəxsin təsis edilməsi zərurətinin araşdırılması və bununla əlaqədar məsələlərin müzakirə edilməsi;
2. Cəmiyyətin cari fəaliyyəti ilə bağlı digər məsələlərin müzakirə edilməsi.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi, ev 7-ci km 1 ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək əldə edə bilərsiniz.