Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 11-nun nizamnamə kapitalı illik müqayisədə artıb.
FED.az xəbər verir ki, bunlar "Atabank", "Azərbaycan Beynəlxalq Bankı", "Rabitəbank", "Unibank", "Access Bank", İran Milli Bankının Bakı filialı, "Bank BTB", "Nikoyl Bank", "Yapı Kredi Bank Azərbaycan", "Naxçıvan Bank", "Muğan Bank", "Xalq Bank" və "Bank Silk Vey"dir. Ən yüksək dinamika "Atabank"da (2,4 dəfə), ən aşağı dinamika isə "Bank Silk Vey"də (3%) qeydə alınıb.
Qalan 19 bankın isə nizamnamə kapitalı dəyişməyib.