Azərbaycanda fəaliyyət göstərən 31 bank bu ilin yanvar-sentyabr aylarında 479,7 milyon manat xalis mənfəət əldə edib ki, bu da onların oktyabrın 1-nə malik olduqları 3 993,2 milyon manat məbləğində nizamnamə kapitalının 12%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, bu ilin ilk 9 ayını mənfəətlə başa vurmuş 19 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Azərbaycan Beynəlxalq Bankı" (ABB) olub. Bank kapitalının 37,9%-i qədər mənfəət əldə edib. Yeri gəlmişkən, ABB ilkin kapitalının məbləğinə görə də ölkədə liderdir.
Sentyabrın sonuna nizamnamə kapitalının məbləğinə görə Azərbaycanda 4-cü olan "Kapital Bank" isə 31%-lik göstərici ilə 2-ci yerdə qərarlaşıb.
3-cü yeri isə 22%-lik göstərici ilə "Bank Avrasiya" tutub. Baxmayaraq ki, bu bank oktyabrın 1-nə malik olduğu nizamnamə kapitalı ilə ölkədə 26-cı olub.
Zərərlə işləyən banklar arasında fəaliyyət effektivliyi baxımından ən pis vəziyyət isə "Dəmir Bank"da qeydə alınıb. Bu bankın 9 aylıq zərəri nizamnamə kapitalının 97,1%-i qədər olub.
|
№ |
Bankın adı |
Bankın 9 aylıq mənfəətinin / zərərinin nizamnamə kapitalına nisbəti |
|
1 |
Azərbaycan Beynəlxalq Bankı |
37,9% |
|
2 |
Kapital Bank |
31,0% |
|
3 |
Bank Avrasiya |
22,0% |
|
4 |
Yapı Kredi Bank Azərbaycan |
13,4% |
|
5 |
PAŞA Bank |
8,7% |
|
6 |
Azərbaycan Sənaye Bankı |
7,7% |
|
7 |
Bank Silk Vey |
6,4% |
|
8 |
Zıraat Bank Azərbaycan |
6,3% |
|
9 |
Xalq Bank |
5,8% |
|
10 |
Naxçıvan Bank |
5,3% |
|
11 |
Bank VTB Azərbaycan |
4,8% |
|
12 |
NBC Bank |
3,9% |
|
13 |
Günay Bank |
3,2% |
|
14 |
İran Milli Bankı - Bakı |
1,8% |
|
15 |
Atabank |
1,4% |
|
16 |
Express Bank |
0,6% |
|
17 |
Bank BTB |
0,3% |
|
18 |
Azər-Türk Bank |
0,3% |
|
19 |
Rabitə Bank |
0,7% |
|
20 |
Nikoyl Bank |
- 0,1% |
|
21 |
Turan Bank |
- 0,7% |
|
22 |
Pakistan Milli Bankı - Bakı |
- 1,1% |
|
23 |
AGBank |
- 1,7% |
|
24 |
Bank Respublika |
- 2,8% |
|
25 |
Muğan Bank |
- 6,2% |
|
26 |
Unibank |
- 8,4% |
|
27 |
Amrah Bank |
- 14,6% |
|
28 |
AFB Bank |
- 16,1% |
|
29 |
Access Bank |
- 34,4% |
|
30 |
Bank of Baku |
- 60,3% |
|
31 |
Dəmir Bank |
- 97,1% |
|
|
Orta hesabla |
12,0% |
Renkinq©














