Pandemiyanın ilk ayları ərzində banklardan əmanət axını müşahidə olunurdu.
Eləcə də bax:“Yelo Bank” öz müştərilərinə 22 milyon manat - KREDİTİ BAĞIŞLAYIB
FED.az xəbər verir ki, bunu CBC telekanalına müsahibəsində Yelo Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia deyib.
"Mən bu insanların reaksiyasını anlayırdım. Niyə? Çünki təhlükə zamanı bəzi insanlar qaçır, digərləri donur, başqa bir kateqoriya isə çıxış yolu axtarır. Biz həmin adamlara izah etməyə çalışırdıq ki, onlar faizlərini itirəcək. Kimsə bizə qulaq asdı, kimsə yox. Mən JP Morgan Chase investisiya bankının rəhbəri Ceymi Daymonun (Jamie Dimon) bir sitatını çox sevirəm: "Bank qala kimi olmalıdır". Biz Yelo Bankı qalın divarları olan qala çevirməyi bacardıq. Yelo Bank kifayət qədər likvid bankdır. İyunun əvvəlindən biz depozitlər üzrə müsbət dinamika müşahidə etməyə başladıq. Gələcək addımların müzakirəsi zamanı belə bir təklif var idi ki, depozitlər üzrə faizləri endirək, çünki bizim faiz dərəcələrimiz yüksəkdir. Mənim baxışım fərqlidir. Biz indi bu xərci çəkərək, cəlb olunan vəsaitləri kreditlərə yerləşdirməliyik və iqtisadiyyatın bərpasına dəstək olmalıyıq. Çünki depozitlər üzrə faizləri endirsək, müştərilər yenə pullarını bankdan götürməyə başlayacaq. Başqa sözlə, biz qorxudan qaçanların siyahısında olmaq istəmirik, əksinə, həllər tapan, vəziyyətdən çıxış yolu axtaranlardan olmağı hədəfləyirik", - deyə bankir bildirib.